• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 06.08.2019 13:38

Samuxda ənənəvi idman yarışı reallaşıb

KepezTV Player

Samuxda kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib. Yarış “Samux” Kikboksinq Klubunun fəaliyyətə başlamasının 19 illiyinə və dünyasını dəyişən tanınmış kinboksçuların xatirəsinə həsr olunub.

Rəsmi hissə ilə başlayan birincilikdə kikboksinq yarışların narkomaniya və uşaq cinayətkarlığına qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi hər il keçirildiyinə diqqət çəkilib. “Samux” Kikboksinq Klubunun fəaliyyət göstərdiyi 19 il ərzində yetirmələrinin respublika və beynəlxalq yarışlarda müxtəlif əyyarlı medallar qazandığı vurğulanıb.  

Elnur Salamov - “Samux” Kikboksinq Klubunun rəhbəri: Buradan bizim idmançılarımız yığma komandanın tərkibinə düşür. Qarşıdan yeniyetmə və gənclərin Dünya və Avropa çempionatları gəlir. Ümid edirik ki, bizim burada seçilən idmançılarımız həmin yarışlarda iştirak edib uğur qazanacaq.

Yarışda 400 idmançı kikboksinqin loukik versiyasında ümumilikdə 50 çəki dərəcəsi üzrə mübarizəyə qoşulub. Birinclikdə uşaq, yeniyetmə və gənclər arasında 16 şəhər və rayondan 23 komanda gücünü sınayıb.

Elnur Salamov - “Samux” Kikboksinq Klubunun rəhbəri: 2019-cu ildə “Samux” Kikboksinq Klubunun 10 idmançısı respublika birinciliyində qalib olub. Klubumuzun peşəkar idmançısı Elxan Əliyev ötən ay Londonda keçirilən peşəkar döyüşdə qalib gəlib. 2018-ci ildə ilin  ən güclü idmançısı kimi seçilib. Bildiyiniz kimi Elxan Əliyev 6 yaşından bizim klubda məşğul olur. Bu günkü gün 25 yaşı var. Hal-hazırda yığma komandanın üzvüdür.

İlk dəfə yarışlarda iştirak edən yeniyetmə idmançıların da arzusu üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandırmaqdır.  

Hüseyn Hüseynli - yarışın qalibi: Mən istəyirəm ki belə yarışlar çox keçirilsin və təcrübəm artsın. Bundan başqa mən istəyiərm ki, xarici ölkələrdə yarışlarda iştirak edim və Azərbaycanın bayrağını dalğalandırım.

Açıq rayon birinciliyinin yekunlarına əsasən, əldə olunan medalların sayına və əyarına görə Samux idmançıları komanda hesabında birinci olub. Gəncə ikinci, Mingəçevir üçüncü yeri tutub.

 

Natiq Hüseyn