• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 05.08.2019 17:04

Aritmiya xəstəliyindən əziyyət çəkənlərin diqqətinə!

KepezTV Player

Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. Qardaş ölkədə çalışan və şəhərimizdə fəaliyyət gösətərən aritmoloq Tayyar Gökdenizin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik, ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar yarana bilər. Bəs bu problemə daha çox hansı yaş dövründə rast gəlinir?

Müşahidələr göstərir ki aritmiyalı həyat tərzi sürənlərin sayı elə də az deyil. Yaranma səbəbləri müxtəlif olsa da belə insanların həkim nəzarətində olması tövsiyyə edilir.

Hər bir halda əgər bu xəstəlikdən əziyyət çəkirsinizsə, nəyəsə qərar verməzdən əvvəl mütləq mütəxəssislə - kardioloqla məsləhətləşməkdə fayda var.