• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 05.08.2019 18:17

Yeniliklər fermerlər üçün stimul verir

KepezTV Player

Kənd Təsərrüfatının stimullaşdırılması istiqamətində daha bir mühüm addım atılıb. Gələn ildən etibarən fermer koorparativlərinə verilən subsidyalara 10 faiz əlavə olunacaq. Belə ki, 50 hektardan artıq əkin sahəsi olan fermerlər illik subsidyalarını 10 faiz artımla alacaqlar. Məqsəd aqrar sahəyə olan marağı yüksəldmək və kənd təsərrüfatı istehsalının artımına nail olmaqdır. Fərdi qaydada fəaliyyət göstərən fermerlərə də subsidyaların verilməsi gələn ildən yeni sistemlə həyata keçiriləcək. Subsidiyaların köçürülməsi üçün fermerlərə verililən bank kartlarından təsərrüfatçılar əvvəlki illərdən fərqli olaraq köçürülən məbləğin tam hissəsinin deyil yalnız 25 faizini nağdlaşdırmaq imkanına malik olacaqlar. Məbləğin 75 faizi nağdsız hesablaşmada istifadə olunacaq. Yeni sistemin tətbiqi aqrar rayon olan Göygöldə də bu sahəyə olan marağın artmasına ümid verir.

Adil Kərimzadə - Göygöl DAİM-nin sektor müdiri: Göygöl rayonunda 1500-də artıq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan istehsalçısı var. Bunlara hər il dövlət tərəfindən istifadə etdikləri yanacaq və mator yağlarına görə subsidyalar verilir. Göygöldə 50 hektardan yuxarı əkin aparan fermer və təsərrüfatçılar kifayət qədərdi. Bunlarda dövlət tərəfindən əlavə verilən 10 faiz yardımdan yararlanacaqlar. Buda 50 hektardan aşağı əkin sahəsəi olan fermerlərə stimul olacaq ki, bunlarda əkin sahələrini genişləndirsinlər və əlavə subsidyadan yararlansınlar.