• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 05.08.2019 12:19

Kolleclərə seçim yekunlaşır, peşə məktəblərinə isə başlayır

KepezTV Player

Ümumi yəni 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə - kolleclərə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu gün saat 9:10-a olan məlumata əsasən ümumilikdə 13 min 191 abituriyent ixtisas seçimi edib. Müsabiqəyə nəzərdə tutulmuş vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaq. Bu gün eləcə də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilir. Təhsil Nazirliyinin məlumatına görə, peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust tarixlərində ASAN xidmət mərkəzlərində təşkil ediləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.Nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.