• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 02.08.2019 12:09

Gəncədə Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi qeyd olunub

KepezTV Player

Gəncədə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının  25 illiyi parti ilə qeyd edilib. Nazirliyin ölkədə gənclər və idman hərəkatının formalaşmasında rolundan danışılıb. Dövlət siyasətinin vacib istiqamətlərindən olan bu iki sahə üzrə əldə edilən uğurlar, qazanılan qələbələr, təşkil edilən tədbirlərin və yarışların əhəmiyyəti vurğulanıb. İcra edilən proqramların gənclərin həyatındakı rolundan, cəmiyyətin  inkişafına verdiyi töhfədən söz açılıb. Gənclər üçün təşkil edilən bayram şənliyi ilə davam edən parti şən və yaddaqalan anlar yaşanıb. Şəhərin ictimai həyatında fəallığı ilə seçilən bri qrup gənc mükafatlandırılıb.