• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2432
— 29.07.2019 16:06

Moskvadan Azərbaycana gələn mikroavtobus yük maşınına çırpılıb

Təbii ki, bu tədbirlər çox vacibdir, çünki yol hərəkəti qaydalarına biganəlik ancaq faciəyə səbəb olur. İşimizi asanlaşdırmağa hesablanan dəmir parçası ömrü-günü yarıda qoyur. Rusiyanın Rostov vilayətində, M4 “Don” magistralının 954-cü kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib. Moskvadan Azərbaycana hərəkət edən mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. İlkin fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub. Fakt araşdırılır.