• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 26.07.2019 12:06

19 kq-yə yaxın narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərə­findən dövlət sərhədindən nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar. Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hə­rə­­kətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmə­lə­rinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub. Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 54 yaşlı Arzuman Hüseynov və 46 yaşlı Mürsəl Əsgərov olduğu müəyyənləşdirilib.Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.