• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 26.07.2019 12:19

Sərnişin mikroavtobusu "Shacman"la toqquşub

KepezTV Player

Gəncədə Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində qəza qeydə alınıb.1 saylı marşrut xətt üzrə hərəkət edən “Hyundai” markalı mikroavtobus “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü xəsarət alıb. Şahidlərin sözlərinə görə, yük maşını yolu işıqforun qırmızı işığında keçib. Qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.