• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 24.07.2019 12:21

Gənc oğlan bıçaqlandı

KepezTV Player

Tovuzda bıçaqlanma hadisəsi baş verib.Abulbəyli kəndində yerli sakin 25 yaşlı Elşən Hümbətov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Zərərçəkən əməliyyat olunub, vəziyyəti kafi qiymətləndirilir. Onun hansı şəraitdə bıçaqlandığı araşdırılır. Hadisəni törədən şəxs və ya şəxlərin tutulması istiqamətində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Daha bir qanlı olay Cəlilabad rayonunda qeydə alınıb. Rayonun Musalı kəndində 36 yaşlı Roman Əkbərov bıçaqlanıb.Yaralı xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.