• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 22.07.2019 16:29

Bu il Gədəbəydə taxıl daha bol olacaq

KepezTV Player

2019-cu məhsul ili üçün Gədəbəy rayonunda 2 min hetara yaxın sahədə taxıl əkilib. Bunlardan 1813 hektarı buğda, 191 hektarı isə arpanın payına düşür. Sahələrdə vaxtında və düzgün aparılan aqrotexniki tədbirlər məhsulun bol olmasına zəmin yaradıb. Artıq bir neçə gündən sonra gədəbəyli fermerlər zəmilərdən taxılın biçininə başlayacaqlar. Bunun üçün “Aqrolizinq” ASC-nin kombaynları və taxıl daşıyan texnikaları saz vəziyyətə gətirilib. Gədəbəy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il rayonda hər hektardan orta məhsuldarlıq 27,6 sentner olub.  Bu il isə hər hektardan 30 sentner taxıl tədarükü proqnozlaşdırılır. Gədəbəy rayonu dağlıq ərazi olduğu üçün burada dənli bitkilər dəmyə şəraitində yetişdirilir və zəmilərdən məhsulun yığımı Aran bölgəsinə nisbətən 1 ay gec həyata keçirilir.

 

Xaliq Qurbanlı