• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2506
— 22.07.2019 12:15

Gəncədə antisanitar limonad sexi aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib. Fiziki şəxs Mübariz Mustafayevə məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. “Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi üzə çıxıb. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib. İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Araşdırmalar davam edir.