• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 20.07.2019 16:31

Ağstafa sakini Fransada gətirilən keçilərin məhsuldarlığından razıdır

KepezTV Player

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini Alhüseyn Alhüseynov fərdi təsərrüfatında  Fransadan gətirilmiş keçiləri bəsləyir. Təsərrüfat sahibinin sözlərinə görə, keçinin birini 1200 manata alıb.  Fermer xeyli miqdarda pul sərf edib keçirləri almasına heç də təəssüf etmir. Çünki bir il əvvəl 21 keçi alan təsərrüfat sahibi artıq xırda davarların baş sayını iki dəfə artırıb. Onları 12 yaşadək saxlamaq mümkündür. Bu keçilərin xüsusi üstünlüyü isə südlük olmasıdır. Belə ki, hər bir keçi gün ərzində 3 litr süd verir və bala verməsinə bir ay qalmışadək sağılır.  Keçi südünün, pendirinin çox xeyirli olduğunu deyən Alhüseyn Alhüseynovun Bakıdan, Gəncədən xüsusi alıcıları da var.  

Alhüseyn Alhüseynov təsərrüfat sahibi: Çox gözəldir. Çox yaxşıdır. İldə iki dəfə bala verir. Balalarından satışda eləyirəm. Südü istehsal edib pendir düzəldirəm. Kiloqramını 15 manatdan satıram. Mənim bu keçirlərdən heç bir narazılığım yoxdur.

Natiq Hüseyn