• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 17.07.2019 12:41

ASAN könüllüləri növbəti dəfə teatr səhnəsində

KepezTV Player

Bu gün 19 mindən çox könüllüsü olan ASAN Xidmət Mərkəzlərində gənclərin dünyagörüşü və motivasiyasının artırılması, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə indiyədək 550-dən artıq yerli və beynəlxalq layihə həyata keçirilib. Sözügedən tədbirlər isə ümumilikdə, 30 mindən çox gənci əhatə edib. ASAN Könüllüləri bu dəfə Mədəniyyət Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Kəpəz Televiziyasının birgə əməkdaşlığı ilə Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" əsərini səhnələşdiriblər. Gəncə Dövlət Dram Teatrında oynanılan tamaşa böyük maraqla qarşılanıb.

Ayşən Süleymanzadə "Gəncə ASAN"-ın əməkdaşı: Bu günkü tamaşamız Mirzə Fətəli Axundzadənin əsəsrinin motivləri əsasında hazırlanana "Müsyo Jordan və dərviş məstəli şah" tamaşasıdır. Tamaşamız Gəncə Asan könüllülərinin hazırladığı sayca 7-ci səhnə əsəridir və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranmasının 7 illiyinə həsr olunub.

Gəncə Asan Xidmət Mərkəzində könüllülər arasında müsabiqə təşkil olunub, daha sonra rejissor onlarla görüş keçirib, tamaşada iştirak edəcək gənclər arasında seçim edib. 9 könüllünün yer aldığı səhnə əsərinə hazırlıq müddəti, məşqlər 3 ayı əhatə edib.

Qorxmaz Məmmədov "Gəncə ASAN"-ın könüllüsü:İlk başlarda çətin oldu, sonra hərə öz rolunu qavradı, çətinlik aradan qalxdı.

Selcan Hümbətova "Gəncə ASAN"-ın könüllüsü: Bacara bilməyəciyimzi fikirləşirdik. Tamaşamız çox maraqlı oldu. Bu bizim üçün böyük şans idi.

Zeynal Xəlilov "Gəncə ASAN"-ın könüllüsü:Bu tamaşada iştirak mənə aktyorluğun həm qəliz tərəflərini, həm də asan tərəflərini daha da yaxından görməyə nəsib elədir. Yeni dostlar qazandım, yeni insanlarla tanış oldum.

Gəncə Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədovun səhnələşdirdiyi tamaşanın xronometrajı 45 dəqiqədir. Könüllülərin aktyorluq bacarıqları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın sonunda Gəncə Dövlət Dram Teatrının rəhbərliyinə, tamaşanın rejissoruna və digər məsul şəxslərə təşəkkürnamələr təqdim edilib.