• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 17.07.2019 12:24

Ölü inək əti aşkarlandı

KepezTV Player

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda reyd keçiriblər.Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumuna məxsus, öldükdən bir müddət sonra kəsilmiş, 210 kiloqram çəkidə inək əti aşkar edilib.Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.Araşdırma aparılır.