• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 13.07.2019 13:47

Hündürlükdən yıxılan fəhlə ölüb

KepezTV Player

Gəncədə bədbəxt hadisə baş verib. Dəmir sexində fəhlə işləyən, 30 yaşlı Nihad Əsədov dam örtüyündə təmir işləri apararkən hündürlükdən yıxılıb və ağır xəsarət alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakıya aparılarkən yolda keçinib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.