• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 05.07.2019 12:31

Gəncədə odlu silah saxlayan şəxs saxlanılıb

Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyevin qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər Baş İdarəsi Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları Quliyevi  şübhəli şəxs kimi saxlayıblar. İdarədə onun əl yükünə baxış keçirilən zaman sözügedən odlu  silah, eləcə də ona aid sursatlar aşkarlanaraq götürülüb.  Hazırda həmin  odlu silahdan hər hansı bir cinayətdə istifadə olunub olunmaması istiqamətində araşdırmalar davam etdirilir.

Rauf Atakişiyev baş müstəntiq:Əl yükü olan qara rəngli sellofan torbanın içərisindən 1 ədəd qundağı və lüləsi küstar üsulla kəsilmiş odlu silah hesab edilən ov tüfəngi və ov tüfənginə məxsus 6 ədəd patron aşkar edilərək götürülüb.