• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4325
— 05.07.2019 20:36

Qazaxda avtomobil divara çırpılıb

KepezTV Player

Bakı - Qazax- gürcüstan avtomagistralının   Qazağın Çaylı kəndinin ərazisindən keçən hissəsində qəza qeydə alınıb .Sınıq körpü  istiqamətində  hərəkətdə olan  Mercedes markalı  avtomobil yol kənarında olan yeməkxananın divarına çırpılıb, nəticədə divar uçub. Dərhal əraziyə  fövqəladə hallar nazirliyinin Qazax rayon Xüsusi  Riskli  Xilasetmə  dəstəsinin əməkdaşları, eləcə də  təcili  tibbi yardım avtomobilləri  cəlb edilib. Deformasiyaya  uğrayan  nəqliyyat vasitəsindən çıxarılan yaralılar- Qazax sakinləri 34 yaşlı Rasim Allahverdiyev, həmyaşıdı Pərviz Mustafayev, Elvin Əhmədov və Elnur Abışov Qazax  diaqnostika mərkəzinə  çatdırılıblar. Həkimlər yaralıların spirtli içki qəbul etdiklərini   müəyyən ediblər.Faktla bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.