• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 05.07.2019 20:34

Gəncədə 200-dən artıq sahibkarın əl işi sərgilənib

KepezTV Player

Gəncədə "Sahibkar qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə regionlar üzrə sahibkar qadınların istehsal etdiyi məhsulların satış-sərgisi keçirilib. Tədbirdə 200-dən artıq sahibkar fərqli əl işlərini sərgiləyib.

Zemfira Ağayeva "Sahibkar Qadınlar"İctimai Birliyinin sədri: Sərgidə müxtəlif fəaliyyət növü ilə məşğul olan sahibkarlar öz əl işlərini sərgiləyir....

Sərgidə 30-u Gəncə, 30-u Bakı olmaqla, digər regionlardan da nümayəndələr iştirak ediblər. Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın inkişaf və müəssisə qrupunun əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Üzvlər Masallı, Neftçala, Ağdam,Ağcabədi, Bərdə,Goranboy rayonlarını təmsil ediblər.

Gülbəniz Qəmbərova Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri: Assosiasiyanın üzvü olan qadınlar təsərrüfat və təsərrüfatdan kənar bizneslə məşğul olaraq, öz ailələrinin gəlirlərini artırılmasına səbəb olurlar.

Qadın sahibkarlar üçün nəzərdə tutulan tədbirə kişi sahibkarların da iştirakı xoş surpriz olub. O ki, qaldı tədbirin keçirilməsində əsas məqsədə...

Zemfira Ağayeva "Sahibkar Qadınlar"İctimai Birliyinin sədri: Tədbirin keçirilməsində əsas məqsəd sahibkarq adınlar araısnada iqtisadi əlaqələri qurmaqdır. İnsanların bura gəlməsi belə sərgilərdə iştirakı çox önəmlidir.

Sərgi zamanı sahibkarların nümayiş etdirdiyi məhsullarının eyni zamanda satışının həyata keçirilməsi gənc sahibkarlarda böyük stimul yaradıb. Müxtəlif bölgələrdən olan sahibkarların əlaqə qurmasının vacibliyi, birgə əməkdaşlıqla gələcəkdə daha da uğurlu nəticələr əldə etmək ehtimalının yüksək olduğu vurğulanıb.