• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 04.07.2019 20:32

AMEA Gəncə Bölməsinin qadın təşkilatı yaradılıb

KepezTV Player

Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev: gender siyasəti və qadınlar elmdə” adlı konfras keçirilib. Ümummilli liderin elmə verdiyi qiymət və strategiyası barədə məruzələr dinlənilib. Dəyirmi masada AMEA Gəncə Bölməsinin 7 nəfər üzvü olan qadın təşkilatı yaradılıb. Qeyd olunub ki, il yarım öncə AMEA-nın Rəyasət heyətinin qərarı ilə Qadınlar Şurası təsis edilib. Bundan sonra akademiyanın bütün instititları, bölmələri və mərkəzlərində bu şuralar qadın təşkilatları formasında təsis olunub. Əsas məqsəd müxtəlif məsələlər üzrə Rəyasət Heyətinə dəstək göstərməkdir. Milli Məclisin üzvü Pərvin Kərimzadə AMEA Gəncə Bölməsi Qadınlar Təşkilatının fəxri üzvü seçilib.

Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının sədri:Qadınların elmdə artıq bir hərəkatı formalaşmağa başlayıb. Qadınlar elmdə var idi. Görünürdülər. Amma bütövlükdə tam sürətdə akademiyanın 60%-dən çoxu qadınlardır. Onlar artıq görünmyəyə sözlərini deməyə, təşkilatlanmağa başlayıblar. Bu da onlara bir stimul verir. Ölkə prezidenti İlham Əliyevin gender bərabərliyi haqda qanununu əsas götürərək bizimlə bir yerdə alim kişilər də təmsil olunur.

Rəvan Mehtiyeva AMEA Radiasiya Problemləri İnstitutunun Qadınlar Təşkilatının sədri: Qadınların elmdə olan çətinlikləri və qarşıya çıxan problemlərin həlli üçün belə bir təşkilatın olması çoxdan lazım idi. Biz belə bir təşkilatın bölgələrdə də yaradılması qərarına gəldik. İlk olaraq Gəncədən başladıq. Birinci Gəncədən başlamağımızın əsas səbəblərindən biri Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin kifayət qədər böyük kollektivinin olması və ilk demokratik Respublikanın Gəncdə fəaliyyətə başlamsıdır.

Səlimə Mehtiyeva AMEA Fizika İnstitutunun Qadınlar Təşkilatının sədri: Gənc alimlər gəlir institua. Onların fəaliyyəti ilə maraqlanır. Rəhbərlərin onlarla olan münasibəti ilə maraqlanırıq. Gündəlik belə işlər olur.