• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 03.07.2019 12:36

Gədəbəydə keçiriləcək Milli Yaylaq Festivalına hazırlıq gedir

KepezTV Player

Respublikada ilk dəfə olaraq keçiriləcək Milli Yaylaq Festivalına hazırlıqlar davam edir. Tədbirin məkanı Gədəbəyin Miskinli yaylağıdır. Festival müddətində ölkəmizdə tolerantlıq və multikultural dəyərlər aşılanacaq. Etno-qəsəbənin ərazisində cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq güşəsi, “Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvanlar meydanı, “Aşıq Ələsgər” ocağı, “Yaylaq süfrəsi” və digər tematik sahələr yaradılacaq. Məşhur Qarabağ və yorğa atlarının sərgi-nümayişi, həmçinin yarışı keçiriləcək.Tədbirdə həm yerli, həm də xarici idman və mədəniyyət nümayəndələrinin çıxışları olacaq.