• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 01.07.2019 20:27

Toğrul Əsgərovun dünya çempionluğu arzusu

KepezTV Player

"Minsk-2019" 2-ci Avropa oyunlarından son anda kənarda qalan gəncəli güləşçi Toğrul Əsgərovun builki əsas hədəfi dünya çempionatıdır. Olimpiya çempionu medal kolleksiyasında yeganə çatışmayan mükafatı əldə etmək üçün çalışmalarını davam etdirir.

Bu ildən yenidən milli ilə birgə məşqlərə qoşulan Toğrul Əsgərov həm fiziki, həm də taktiki cəhətdən əvvəlki formasını bərpa etməklə məşğuldur. Bütün diqqətini sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına yönəldən 27 yaşlı pəhləvan mundialın qalibi olmaqla yanaşı, Tokio Olimpiyadasına vəsiqə də əldə edə bilər. Buna görə Toğrul Mərkəzi Asiya ölkəsində yaxşı nəticə göstərmək niyyətindədir.

Toğrul Əsgərov iştirak edəcəyi yarışlarda yeni çəkisində mübarizə aparacaq. Əvvəlcə 70 kq-da xalça üzərinə çıxan güləşçi indi 74 kq çəkidə qüvvəsini sınayacaq.

Qazaxıstandakı mundialdan öncə Toğrul Əsgərovu Türkiyədə təşkil ediləcək yarış gözləyir. Gəncə güləş məktəbinin yetirməsi iyulun 11-dən 14-dək millinin tərkibində Yaşar Doğu turnirinə yollanacaq.

Orxan Cəfərzadə