• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 01.07.2019 20:29

Gəncədə azyaşlı çaya düşüb boğuldu

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 7 yaşlı Hüseyn Səfərlinin axtarışı başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.