• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 01.07.2019 12:47

Gəncəli gənclər hərbi xidmətə yola düşüblər

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami Rayon Şöbəsi tərəfindən çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinə aid bölmələrlə tanış olublar. Çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayıb, bu borcu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik ediblər. Ordu quruculuğu prosesində qazanılan uğurlardan danışılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Lətif Heydərov Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb. Bu gün hərbi xidmətə yola salınan gənclərin qorxmaz, cəsur və layiqli əsgər olacaqlarına böyük inam ifadə edilib. Çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışılıb, gənclərə şərəfli əsgər həyatı arzulanıb. Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.