• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 29.06.2019 16:03

Gəncədə qurumuş ağaclar kəsilir

KepezTV Player

Gəncədə vətəndaşların müraciəti əsasında, evlərin və binaların qarşısında olan çoxillik, inkişaf dövrünü başa vuran ağaclar zərərsizləşldirilir. Şəhər yaşıllaşdırma idarəsinə ötən il ümumilikdə 140 belə müraciət daxil olub ki, bununda 130-u icra olunub. İdarənin əməkdaşları tərəfindən aparılan reydlər zamanı isə şəhərin müxtəlif ərazilərində 67 qəzalı ağac aşkar olunub. Hər an aşa biləcək bu ağacların növbəti ayın sonuna kimi kəsilərək götürülməsi nəzərdə tutulur. Zərərsizləşdirilən ağacların yerinə Xan çinar və Eldar şamı əkilir.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu:Təhlükəli ağaclar əsasən qovaq cinsli ağaclardı. Bunlar əsas təhlükə yaradan ağaclardı. Bundan başqa şeytan ağacıdı ki bunların götürülməsi birinci növbədə həyata keçirilir. Çoxmərtəbəli binaların qarşısındakı ağaclarla bağlı mənzil istismar sahələrinin hər biri şəhər ekologiya idarəsinə müraciət edib. Bu gündən etibarən biz həmin ərazilərə baxış keçirib, həmin binalarda yaşayanlara təhlükə törədən ağacların zərərsizləşdirilməsini həyata keçirəcəyik.