• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 29.06.2019 12:25

Qazax və Şəmkirdə güclü külək fəsadlar törədib

KepezTV Player

Qazax şəhərində külək bir neçə ağacı aşırıb.Onlardan bəziləri elektrik xətlərinin üzərinə düşdüyü üçün, elektrik enerjisi verilişində fasilələr yaranıb. Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb.Məsələ ilə əlaqədar aidiyyəti qurumlar yaranan problemlərin aradan qaldırılması istiqamətində işlərə başlayıb. Hazırda rayon ərazisində hava şəraiti sabitdir.

Şəmkirdə də analoji durum yaşanıb. İri gövdəli ağaclar küləyin təsirindən aşıb. Onlardan bəziləri avtomobillərin üzərinə düşüb. təhlükəsizlik baxımından elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb. Rayonun kommunal təsərrüfatı fəsadların aradan qaldırılmasına cəlb edilib.