• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 29.06.2019 12:32

Sərinlik, istirahət, sağlamlıq, yoxsa xəstəlik?

KepezTV Player

Yay mövsümünün gəlişi Gəncədə fəaliyyət göstərən üzgüçülük hovuzlarına olan tələbatı da artırıb. Kiminin sağlamlıq, kiminin isə istirahət məqsədilə üz tutuqları hovuzların sanitar və gigyenik normalara cavab verməsi isə diqqət çəkən məqamdır. Gəncə şəhər Gigyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, mövsümlə əlqaədr olaraq şəhərdə fəaliyyət göstərən dövlət və sahibkarlıq subyektlərinə məxsus olan üzgüçülük hovuzlarından laborator analizlər üçün sudan nümunələr götürülərək yoxlanılıb. Hovuzların kimyəvi və bakteroloji dərmanlanmasında yol verdiyi nöqsanlara görə, bir neçə sahibkara xəbərdarlıq edilib. Ümumi nəticə isə ondan ibarətdir ki, hovuzlardan istifadə etmək sağlamlıq üçün təhlükə yaratmır. Hazırda Gəncədə 10-a yaxın hovuz insanlara xidmət göstərir.

Əli Qarayev Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbəs müdiri:“ Əməmkdaşlarımız tərəfindən suyun kimyəvi və bakteroloji sahəsinə mütamadi nəzarət həyata keçirilir. Belə ki, qalıq xlora görə, həmçinin bakteroloji yoxlamalar üçün labarator müayinələr gətilərək labarator şəraitdə yoxlanılır. Hal-hazırda yoxlamaların nəticələri qənaət bəxş hesab edilir.