• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 28.06.2019 11:03

Microsoft və Kano uşaqlar üçün planşet-konstruktor hazırlayıblar

Kano təhsil startapı Microsoft korporasiyası ilə birgə sensor ekrana malik Kano PC hibrid planşetini təqdim ediblər. Yeni cihaz müstəqil quraşdırılma üçün konstruktor şəklində işlənib hazırlanıb və modulyar komponentlərdən hazır qurğu yığmağa imkan verir. Analoji cihaz Windows 10 S əməliyyat sisteminin idarəetməsi altında işləyir. Kano PC cihazı 11,6 düymlük ekran və klaviatura-çexolla təchiz edilib. Qurğunun arxa paneli şəffafdır. Cihazın 4 nüvəli Intel Atom x5-Z8350 prosessoru, 4 QB əməli yaddaş, 64 QB fləş yaddaş və microSD yaddaş kartları üçün slotu var. Wi-Fi və Bluetooth adapterləri, HDMI konnektoru, həmçinin 3,5 mm-lik qulaqlıqlar üçün port nəzərdə tutulub.

300 dollar dəyərində olan yeni qurğu oktyabrın 21-dən etibarən ABŞ, Kanada və Böyük Britaniyada satışa çıxarılacaq.