• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 26.06.2019 12:06

Avtomobil körpüdən aşdı, iki nəfər öldü

KepezTV Player

Astarada avtomobilin körpüdən aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb. Qəza Ələt-Astara magistral yolunun Şahağacı kəndindən keçən hissəsində baş verib. Nəticədə "Mitsubishi" markalı maşında olan bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - sürücü, 37 yaşlı Elvin Ağamalıyev, həyat yoldaşı 28 yaşlı Arzu Ağamalıyeva, övladları - 7 yaşlı Rəsul və 4 yaşlı Nərgiz Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ailə üzvlərindən üçünün vəziyyəti daha ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər. Xatırladaq ki, iki gün bundan əvvəl məhz həmin yol qovşağı üzərindəki körpüdən "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin 3 üzvü xəsarət almışdı.

rayonunda da qəza olub. "VAZ 2107" markalı avtomobilin aşması nəticəsində iki azyaşlı xəsarət alıb. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 116-cı kilometrliyində qeydə alınıb. Şamaxı rayon sakini 59 yaşlı Babaverdi Nəhmətovun idarə etdiyi maşın yoldan çıxaraq aşıb. Nəticədə xəsarət alanlar - Mərzəndiyə kənd sakini 11 yaşlı Ağaverdi Nəhmətov və onun əmisi qızı 7 yaşlı Yağmur Nəhmətova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Zaqatalada isə minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Əliabad qəsəbəsi ərazisində sakin Şaban Şabanov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilini eyni istiqamətdə hərəkətdə olan, Ağcabədi rayon sakini Bayram Əliyevin sürdüyü yük maşınının qoşqusuna vurub. Qəza zamanı "VAZ"-ın sürücüsü və sərnişini, Əliabad qəsəbə sakini Solmaz Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.