• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4503
— 24.06.2019 19:03

Samux rayonunda aviobomba aşkar edilib

KepezTV Player

Daxili İşlər Nazirliyindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviobomba - FAB-50 aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aviobombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.