• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 21.06.2019 20:47

Qədim yaşayış məskəni xarici arxeoloqların diqqətində

KepezTV Player

Eramızdan əvvəl  V - VI minilliyə aid olan Tovuz rayonundakı Göytəpə qədim yaşayış məsəkənində 2008-ci ildən başlayaraq Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən tədqiqiatlar aparılır. 11 metr dərinliyə malik olan abidə alt hissədən yuxarıya doğru müxtəlif vaxtlarda 14 tikili üs-üstə inşa edilib. Aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, buradakı insanlar mərhələli şəkildə 300-400 il Göytəpə ərazisində yaşayıblar. Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Valeh Ələkbərovun sözlərinə görə, aparılan tədqiqatlar zaman buradakı evlərin samanqarşıq çiy kərpicdən tikildiyi və evlərin diametrinin 2-5 metr arasında olduğunu vurğulayıb.

Valeh Ələkbərov arxeoloq: Abidənin unikallığı ondan ibarətdir ki, həm ölçüsünə, həm böyüklüyünə görə və həmdə erkən əkinçiliyi, maldarlığı təcəssüm etdirən maddi və mədəniyyət nümunələrini çoxluğuna görə, abidə Cənubi Qafqazda ən zəngin yaşayış məskənlərindən biri hesab olunur. Bu çür yaşayış məskənlərini paralellərinə cənub şərqi anadolu ərazisində daha çox rast gəlinir.

Aparılan qazıntılar zamanı ərazidən saxsı qablar, daşdan, sümükdən hazırlanan əmək alətləri aşkar edilib. Abidəyə yerli və xarici turistlərin marağı nəzərə alınaraq Göytəpə qədim yaşayış məsəkənində açıq havada muzey yaradılması da planlaşdırılır.

Valeh Ələkbərov arxeoloq: Abidənin üzərində arxeoparkın qurulması, eyni zamanda abidənin ətrafında kənd tipli neolit yaşayış məsəkən yaradaraq turistlərin diqqəti cəlb olunacaqdır. Bu işlər həmdə dünyanın nəzərini bu qədim yaşayış məskəninə yönəltəməyə hesablanıb.

Zəngin tarixi tapıntıları özündə ehtiva edən abidədə daha 10 il elmi tədqiqatların və arxeoloji qazıntıların aparılması nəzərədə tutulur.