• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 21.06.2019 20:39

Kümxananın ağıllısı yardıldı

KepezTV Player

Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün isə innovativ üsulların tətbiqi vacibdir.

Kamil Fətəliyev Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru:Ağllı kümxananın yaradılmasında məqsəd burada bəslənən qurdun inkişaf tempini sürətləndirmək məhsuldar qurd almaq və məhsuldar barama əldə etməkdir. Kümxanaların hamısında barama qurdları primitiv qaydada becərilirdi. Kümçü bütün günü bununla məşğul olurdu ki, normal temperatur və rütübət rejiminə əməl olunsun.

Ağıllı kümxanada temperatur və rütubətə nəzarət avtomatik olaraq idarə olunur. Qurdun ilkin inkişaf dövrü və vegetasiya müddətində istilik və nəmlik faizi düzgün tənzimlənməlidir. Bu halda itki faizi aşağı düşür. Qurdlar düzgün inkişaf edir.

Əli Cəfərov İpəkçiliyin mexanikləşdirilməsi üzrə laboratoriyanın müdiri: Başqa təsərrüfatlardan fərqli olaraq bizim kümxanada məhsuldarlıq yüksək olur. əmək sərfiyyatı az olur. Bu günkü gündə biz şax əvəzinə plastmas setkalardan istifadə etmişik. Müxtəlif diametli. Həmçinin yumurta qabından da istifadə edirik. Əgər bu tenxologiya baş tutsa bizim innovativ işlərimiz düzgün istiqamətləndirilsə biz 1 kv metrdən 10 ədəd belə rəf yerləşdirib məhsuldarlığı artıra bilərik. Tədqiqatımızın nəticəsi bundan ibarətdir ki, biz yarım qutu ipəkqurdunun düzgün bəslənməsi nəticəsində 30-40 kq arası qurd götürməyi hədəf götürmüşük.

Bu kümxananın sahəsi ümumi halda 36 kvmetrdir. Modul tiplidir. İçərisində yerləşdirilən rəflərin sayəsində ümumi sahə 40 kvmetrə çatır. 2000-2500 manata başa gələn ağıllı kümxana fermerin əlavə gəlir mənbəyi də ola bilər. Bu üsulun tətbiqi zamanı qurdların məhv olma faizi çox aşağı düşdüyündən fermer az əmək sərf edərək gəlirini artıra bilər.

Kamil Fətəliyev Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru:Kənd təsərrüfatı zəhmətkeşləri üçün bu sahə mövsüm baxımından işlə təminat baxımından ən əlverişli sahədir. Bu hər bir fermerin təsərrüfatında ola bilər. Bununla fermer nəinki barama həmçinin texnoloji proseslərə əməl edərək göbələk, ştil yetişdirə bilər, cücə saxlaya bilər. Istənilən temperaturu tənzimləyib il boyu gəlir götürə bilər. Elə bil sağmal inəkidir.

Ümumiyyətlə barama qurdunu qutu hesabı ilə təhvil alırlar. Bir qutu isə 19 qr-dır. Becərdikdən sonra hər qutudan 50-60 kq barama istehsal olunur. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.