• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 20.06.2019 19:23

ADAU-nun təcrübə-sınaq təsərrüfatları genişləndirilir

KepezTV Player

Bu gün Respublikamızda yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universtetində elmi araşdırmaların aparılması, eləcə də təcübə sınaqlarının keçirilməsi üçün hər cür şərait var. Burada maddi texniki baza yenilənərək gücləndirilir, təcrübə sınaq təsərrüfatları genişləndirilir. Bütün bunlar tələbələrin gələcəkdə savadlı kadr olması üçün atılan mühüm addımdır.
 

Səməd Zeynalov - tələbə: Tədris təcrübə mərkəzinə tez-tez gəlirik. Burada gəlməyimizdə məqsəd dərs müddətində keçdiyimiz nəzəri bilikləri təcrübə əsasında daha da təkmilləşdirməkdir.

Azərbaycan Dövlət Aqrar Universtetinin Gülüstan yaşayış massivində yerləşən tədris təcrübə təsərrüfatında tələbələrin əyani təcrübə keçməsi adi hal alıb. 80 hektar ərazidə yerləşən təsərrüfatda təcrübə sınaqlarının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. 60 hektarı əkin altında olan ərazinin 1,5 ha-da 41 növ üzüm əkilib. Tələbələr mütamadi olaraq bağda təcrübə sınaqları apararaq çərgə arası becərmədə yaxından iştirak edir. Həmçinin təcrübə təsərüfatında 2 ha yaxın ərazidə salınan meyvə bağında da tələbələr ağaclara aqro texniki qulluqlar edir. Bütün xarici və yerli növ meyvələr burada təcrübə əsasında yetişdirilir. Təsərrüfatda 35 ha əraziyə taxıl əkilib ki, bunun da 25 ha "Qarabağ 21" sortu olan arpa və 10 ha isə "Bərəkətli 95" buğda növüdür. Tələbələr taxıl zəmisində bütün texnoloji əməliyatların görülməsində yaxından iştirak edirlər.

Oktay Mərdəliyev - Mühəndislik fakültəsinin assistenti: Mühəndislik fakültəsinin tələbələri sürücülük vəsiqəsi ilə təmin olunublar. Hər yay ADAU-nun tədris təcrübə təsərrüfatında tələbələrimzlə nəzəri biliklərimizi burada praktiki olaraq tətbiq edirik. Tələbələrin həm nəzəri, həmdə praktiki təcrübələrə malik olmaları onların gələcəkdə yaxşı mütəxəsis kimi yetişmələrinə önəm vercək.

Rəhim Əhmədov - tələbə: Biz keçən ilin avqust ayında sürücülük vəsiqəsi aldıq. Bu gündə tədris təcrübə təsərrüfatındayıq. Hazırda traktorun işini öyrünirik. Sahədə taxıl biçimidir və biçimdə yaxından iştirak etdik. Bu bizə böyük təcrübə oldu.

Tədris təcrübə təsərrüfatında heyvandarlıq kompleksi də var. Burada 40 baş holşten və smental cinsdən olan iribuynuzlu və 50 baş xırda buynuzlu heyvan saxlanılır. Təsərrüfatın gələcəkdə fermerlər üçün məsləhət mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Hüseyn İdrisov - ADAU-nun Bağçılıq kafedrasının müdiri: Payızda da yeni sortlar gətiriləcəkdir. Elmi Tədqiqat Əkinçilik inistitutu ilə bizim sıx əlaqələrimiz var. Oradan gətirilən sortlar buradan sınaqdan keçirilir, növbəti ildə region üçün əhəmiyyətli, yararlı olan sortların əkilməsinə start veriləcəkdir. Bu region əkinçilik üzrə ən böyük regionlardandır. Fermer və sahibkarlar üçün bura tədris məsləhət mərkəzinə də çevrilib.Gələcəkdə də hansı sortların bu region üçün əkilməsi, becərilməsi tövsiyyə olunsa onlar çatdırılacaqdı.

ADAU-nun tədris təcrübə təsərrüfatında tələbələrə praktik dərslərin keçirilməsi üçün təlim-tədris korpusları da var.