• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3993
— 20.06.2019 12:02

Eyni yolda iki qəza baş verib

KepezTV Player

Bakı-Qazax yolunda, Goran stansiyası ərazisində mikroavtobusla "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ"da olan sərnişin - 20 yaşlı Tərtər rayon sakini Elgiz Şirinov xəsarət alıb. Bir qədər sonra ərazidə iki mikroavtobus toqquşub. 30 yaşlı Bakı şəhər sakini Alek Sərxanov və 51 yaşlı Qazax rayon sakini Fariz Carçıyev xəsarət alıb. Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, iki mikroavtobusun toqquşmasına onlardan birinin sürücüsünün avtobusu yol kənarında saxlayaraq, həmin yerdə baş vermiş birinci qəzaya baxması səbəb olub. Bu zaman arxadan gələn digər mikroavtobus ona çırpılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.