• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 20.06.2019 11:02

Hamakla idarə olunan avtomobil düzəltdilər

Hollandiyalı Master Milo öz YouTube kanalı üçün qeyri-adi nəqliyyat vasitələri hazırlayır. Növbəti əl işi qəribəliyilə seçilir. Onu maşının üzərində quraşdırılmış hamakdan idarə etmək olar. Layihənin əsasını avtomatik sürət qutusuna malik köhnə Suzuki avtomobili təşkil edir. Onun damını və bütün dirəklərini söküb, ön şüşəni çıxardıb, hamakı bərkitmək üçün isə salonda 6 boru qaynaq edilib. Sükan idarəetməsi də yerini dəyişib. Avtomobil şütüyən zaman hamak silkələndiyindən idarəetmə çətinləşir. Buna baxmayaraq müəllif qeyri-adi maşını idarə etməkdən zövq alır.