• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 18.06.2019 18:20

“Gəncə Kuboku 2019” Mini Futbol Liqasına yekun vurulub

KepezTV Player

İki aya yaxın müddətdə davam edən yarışın qalibi “Uraqan” olub. Bu kollektiv finalda “Ruslan” komandasına 6:2 hesabı ilə qalib gəlib. Hesaba baxmayaraq, hər iki tərəfin heyətində “Kəpəz”in veteran və hazırkı futbolçuları çıxış etdiyindən həlledici görüş maraqlı alınıb. Xatırladaq ki, ilk dəfə Bakıdan kənarda keçirilən turnirdə 64 komanda mükafatlar uğrunda mübarizə aparıb. Gəncə kubokunun yekununda ilk 3 yerdə qərarlaşan kollektivlər medal və müxtəlif məbləğdə pul mükafatı ilə təltif edilib. Yarışın qalibi olan komandaya həm də kubok verilib. Bundan əlavə, 36 qolla turnirin bombardiri adına yiyələnən Malik Babayev ayrıca mükafatlandırılıb. Qeyd edək ki, Gəncə kubokunun qalibi Super Kubokda Bakı zonasının çempionu ilə görüşəcək. 

Azad Rəfi