• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3998
— 18.06.2019 15:44

2 nəfər xəstəxanalıq oldu

KepezTV Player

Bu gün də Eminbəyli küçəsində işıqforla tənzimlənməyən yol kəsişməsində yol nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimallara görə qəzaya səbəb mersedesin sürücüsü olub. O dayan nişanına əməl etmədən hünday markalı avtomobilin yoluna çıxıb. Toqquşma zamanı hər iki avtomobil yararsız hala düşüb. Zərbənin təsirindən mersedes idarə etməni itirərək yaxınlıqdakı həyət evinin hasarına çırpılıb. Hadisə baş verən yol kəsişməsində qəzaların müntəzəm baş verməsi sakinləri narahat edir.

Qəza zamanı xəsarət alan mersedesin sürücüsü və digər avtomobildə olan sərniş hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.