• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4060
— 17.06.2019 19:09

Oğul evi yandırdı

KepezTV Player

Gəncədə yaşayış evində yanğın baş verib. Hadisə Gülüstan yaşayış massivində Kəlbəcərdən olan məcburi köçkün 78 yaşlı Köçəri Ağalarova məxsus evdə qeydə alınıb. Əraziyə Gəncə şəhər Nizami rayonu və Göygöl Rayon Dövlət Yanğından Mühafizə hissələrinin hər birindən iki briqada olmaqla ümumilikdə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Sahəsi 110 kv.m olan, 4 otaqlı tikilinin 20 kv.m-lik bir otağının tavanı 10 kv.m sahədə və içəridəki əşyalar yanıb. Alovun genişlənməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğını ev sahibinin ruhi əsəb xəstəsi olan oğlu Ceyhun Ağalarov törədib. Hadisədən həyəcanlanan evin xanımı Fatma Əşrəfovaya tibbi yardım göstərilib.