• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 14.06.2019 19:38

"Son zəng"i qeyd edən məzunlar qəzaya düşdülər

KepezTV Player

Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb. Hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə xəsarət alan 18 yaşlı Adil Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir. Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir.Faktla bağlı araşdırma aparılır.