• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 14.06.2019 16:06

Gədəbəy sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək

KepezTV Player

Gədəbəy rayonunun sakinləri QİÇS-ə görə müayinədən keçiriləcək və orada QİÇS xəstəliyi ilə bağlı məlumatlandırma işləri aparılacaq. Qazanılmış İmmun Çatışmazlığı Sindromu İnsanda İmmunçatışmazlığı Virusu infeksiyası fonunda inkişaf edən, mahiyyət etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa, sonda ölümlə nəticələnir. "Sağlamlığın Qorunması” İctimai Birliyininin mıəlumatına görə, bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək vaxtında müayinədən keçmir. Halbuki, ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır. Buna görə də QİÇS-in profilaktikası hər bir insanın marağında olmalı, insanların məlumatlılığı artmalı, öz sağlamlığının qeydinə qalmalıdırlar. Bu məqsədlə İctimai Birlik “QİÇS-ə birlikdə qalib gələk” devizi altında seminar həyata keçirəcək.