• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 14.06.2019 10:33

Dünyanın ən güclü 4 silindrli motoru təqdim olundu

Mercedes-AMG bölməsi planetin ən güclü 8 silindrli turbomotorunu göstərib. Onu 45 indeksli A 45 və CLA 45 Shooting Brake modellərinə quraşdıracaqlar. Yeni mühərrik M139 adını alıb. 2 litrlik aqreqat 387 at gücündədir və 480 Nm fırlanma anına malikdir. S variantla at gücü 421-ə çatır. Əvvəlki M 133 motoru isə 381 at gücündə idi, 475 Nm isə fırlanma anının göstəricisi idi. “Dördlük”də həmçinin su pompası, bərk hissəciklər filtri və start-stop sistemi var.