• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 14.06.2019 10:32

Xiaomi virtual reallıq dəbilqəsinə bənzəyən portativ ev kinoteatrı hazırladı

Xiaomi virtual reallıq dəbilqəsinə daha çox bənzəyən portativ ev kinoteatrı hazırlayıb. Xiaomi Mi 3D Cinema Headset adlanan model Çində alıcılara 188 dollara başa gələcək. O, Windows və Mac OS ilə çalışan bütün müasir smartfon və kompüterlərlə işləyir. Komplektdə 1080 pikselli 2,54 düyümlü iki ədəd ekran var. Ekranların özləri bir-birindən asılı olmayaraq işləyə bilərlər. Ekranların baxış bucağı 63 dərəcə təşkil edir. Komplekt tam üçölçülü vizual effektləri dəstəkləyir. Aparat 2 gb operativ yaddaş və 16 gb öz yaddaşına malikdir, inteqrasiya edilmiş akkumulyator isə 3 saata qədər avtonom işləməni təmin edir.