• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 13.06.2019 20:26

Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yol qəzası baş verib

KepezTV Player

Gəncə-Hacıkənd avtomobil yolunun Göygöl rayonunun Aşıqlı kəndi ərazisində qəza qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi Coşqun Verdiyev adına Aşıqlı kənd orta məktəbinin dəmir məhəccərini yararaq təhsil müəssisəsinin həyətinə girib. Hadisə zamanı mikroavtobusda olan 3 nəfər xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə çatdırılıblar. Olay baş verən vaxt 11-ci sinif şagirdləri məktəbin həyətində Son zəng tədbirinə hazırlaşırmışlar. Məktəblilərdən heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.