• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 12.06.2019 12:24

Maşın YDM-ə çırpılıb yandı

KepezTV Player

Yol qəzaları ailələrə kədər yaşatdı. Paytaxtda və bölgələrdə baş verən hadisələrdə həm canından, həm də sağlamlığından olanlar var.

Paytaxtın Sabail rayonu Bibiheybət qəsəbəsində yüksək sürətlə hərəkətdə olan "BMW" idarəetmənin itirilməsi nəticəsində yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpılıb. Nəticədə minik avtomobili alışaraq kül olub. Maşında olan bir nəfər dünyasını dəyişib. 30 yaşlı Əsədağa Rəcəbovun meyitini xilasedicilər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yaralı - 29 yaşlı Kamran İsgəndərov isə kəllə beyin travması ilə 1 saylı Kiliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Sabirabadda da ağır nəticəli qəza olub. Hacıqabul-Horadiz yolunun 38-ci kilometrliyində, Qaratəpə kəndində rayon sakini, 44 yaşlı Səbri Heydərovun idarə etdiyi “Mercedes”lə İmişli sakini, 30 yaşlı Bəşir Paşayevin sürdüyü “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, eləcə də avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri - 32 yaşlı Vüqar Həşimov və 51 yaşlı Daşqın Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Saatlı rayonunda “Mercedes” və “VAZ” markalı avtomobillər toqquşub. “Jiquli”də olan bir ailənin 3 üzvü - Hacıqasımlı kənd sakinləri – 44 yaşlı Zahir Şirinov, 15 və 14 yaşlı oğulları – Sübhan və Aqşin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaların səbəbləri araşdırılır.