• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 06.06.2019 16:30

Şəmkirdə 18 ton barama istehsalı planlaşdırılır

KepezTV Player

Bu il Qax Damazlıq İpəkçilik Stansıyası tərəfindən Şəmkirli kümçülərə əvvəlki illərlə müqayisədə bir xeyli artıq barama qurdları verilib. Həmin barama qurdları rayonun 38 yaşayış məntəqəsində 64 kümçüyə paylanılıb. Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, 2019-cu ilin məhsulu üçün Şəmkir rayonu üzrə 18 ton baramanın istehsalı planlaşdırılır. Müətəxəssilər güman edir ki, kümçülər 18 tondan artıq məhsul əldə edə bilərlər. Bunun üçün yemləmənin vaxtında və kefiyyətlə yerinə yetirilməsi vacib şərtlərdəndir. Ötən il Şəmkir rayonu üzrə 320 qutu barama qurdundan 13 tona yaxın məhsul götürülüb. Proqnoz tapşırıq 102 faiz yerinə yetirilib.

Araz Məmmədov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri: Hal-hazırda həmin kümçülər artıb. Ötən il 57 kümçü idi. Bu il kümçülərin sayı 64 olub. Hal-hazırda qurdların vəziyyəti çox yaxşıdır. Haızrda 5-ci yuxudadırlar. Yaxın günlərdə sarınması gözlənilir.