• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 05.06.2019 19:26

Xanımlar daha yaxşı lider ola bilərlər

KepezTV Player

“Bacarıq ağlın nişanəsidir” deyiblər. Cinsiyyətindən asılı olmayaraq, ağıllı insan tez və ya gec öz qabiliyyəti ilə cəmiyyət arasında müəyyən status qazanır. Mütəxəssislər bildirirlər ki, burada vacib olan məqam təşəbbüsdür. Bəs görəsən, bu gün Azərbaycanda lider olmağa cəhd edən, eyni zamanda uğur qazanan xanımlar varmı?

Peşəkar iş adamı Fəxri Ağayevin sözlərinə görə, liderlik qabiliyyəti zərif cinsin nümayəndələrində empatiya qura bildikləri üçün daha yaxşı alınır. Amma hər bir halda liderliyin əldə olunmasında cəmiyyət də maraqlı olmalıdır. Bəs hazırda Azərbaycanda gənc xanımların lider kimi yetişməsi üçün hansı şərait var?

“Aslanın erkəyi, dişisi olmaz” – deyib atalar. Yəni əgər insanda müəyyən istedad, güc, iradə və əzmkarlıq varsa, əgər insan məqsədə çatmaq üçün zəhmət çəkməyə, çətinliklərə qatlanmağa hazırdırsa, uğur gec-tez mütləq onu tapacaq. Onun kişi və ya qadın olmasının isə elə də böyük əhəmiyyəti yoxdur.