• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 05.06.2019 20:03

Gediş-gəlişdə problem olmayacaq

KepezTV Player

Bayram  günlərində  Gəncədən ölkədaxili və xarici səfərlərə çıxan sərnişinlərin rahat gedib gəlməsində problem yaşanmayacaq. Sərnişinlərin daha çox istifadə etdiyi Avtovağzal və dəmiryol vağzalında əvvəlcədən görülən tədbirlər belə deməyə əsas verir.

Mövcud reyslər üzrə sərnişin sıxlığı yaşanarsa xətlərə əlavə nəqliyyat vasitələri buraxılacaq. Məqsəd sərnişinlərin vaxtında mənzil başına çatdırılmasıdır. Hazırda Gəncə beynəlxaq avtovağzalında reyslər gündəlik qrafiq üzrə həyata keçirilir. Kassalardan daha çox Bakı istiqamətinə biletlər satılsa da, bu gözəçarpacaq dərəcədə sıxlıq yaratmayıb.

Sərnişinlər qatara da bilet əldə edib mənzil başına çatmaqda çətinlik yaşamır. Gəncə dəmiryolu vağzalından verilən məlumata görə, görülən tədbirlərlə, bayram günləri başa çatanadək gediş-gəlişdə hər hansı bir problem yaşanmayacaq.

Gəncə Hava Limanında isə adi günlərlə müqayisədə nisbətən sərnişin sıxlığının yaşandığı bildirilir. Lakin bu hal daxili və beynəlxalq reyslərdə gecikmələrin yaşanmasına səbəb olmur.

 

Elton Cabbarlı