• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 05.06.2019 16:09

Bayram namazı qılınıb

KepezTV Player

Gəncədə Ramazan ayının yekunlaşması münasibəti ilə bayram namazı şəhərin bütün məscidləri ilə yanaşı “İmamzadə” ziyarətgahında da qılınıb. Dualar oxunub, Allahdan bağışlanmaq, ölkəmizin firavanlığı, ruzi, bərəkət arzulanıb. Möminlər həmçinin bu günün əsas ayinlərindən sayılan fitrə zəkatı da çıxarıblar. İnsanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan ramazan münasibətilə təbrik ediblər. “İmamzadə” dini kompleksində şəhər rəhbərliyi tərəfindən açılan çay süfrəsi də təşkil edilib. İslam dünyasında müqəddəs sayılan ayın başa çatması münasibəti ilə insanlar tərəfindən ziyarətgah ziyarət edilib.

Tahir Abbasov -Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi: Ramazan ayı xeyriyyə ayıdır, paylaşma, yardımlaşma ayıdır. Bu ayda dövlətimizin rəhbərliyi, Heydər Əliyev fondunun rəhbəri, birinci xanım, vitseprezident Mehriban Əliyeva tərəfindən Gəncə şəhərində İmamzadə ziyarətgah kompleksinin mərasim zalında 600 nəfərlik ehsan verilib. Bu süfrələrdə insanlarımız birləşmiş, vəhdət təşkil edib.