• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2109
— 05.06.2019 12:05

Meliorasiya işçiləri peşə bayramlarını qeyd edib

KepezTV Player

Şəmkirdə isə Suvrama Sistemləri, Subartezian Quyularının istismarı, Su-kanal idarələri, eləcə də Şəmkirçay su anbarı və kanallarının istismarı idarəsinin kollektivləri də peşə bayramlarını qeyd edib. Əhalinin suya olan ehtiyacının ödənilməsi istiqamətində melioratorların əməyi yüksək qiymətləndirilib. Suvrama suyu ilə təminatda Şəmkirçay dəryaçası əsas su mənbəyi hesab olunur. Anbar vasitəsi ilə Şəmkirlə yanaşı Samux, Göygöl və Goranboy ərazisində 70 min hektar əkin sahəsi suvarılır. Subartezian quyularının istismarı idarəsinin balansındakı 800-ə yaxın quyu hesabına 17 min hektar ərazi suvarılır. Suvarma Sistemləri İdarəsinin kollektivi isə rayon ərazisində keçən təbii çaylardan suyun sahələrə çatdırılmasını və 14 nasos stansiyasının il ərzində işlək vəziyyətdə saxlanılmasını təmin edir. Hazırda əkin sahələrinin suvarılmasında problem olmadığından bu il bol məhsul gözlənilir. Şəmkir rayonunda ümumilikdə 40 min hektardan çox suvarılan torpaq sahəsi var.

Natiq Hüseyn