• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 04.06.2019 20:14

Gəncədə Məzun könüllülərə xüsusi sertifikatlar verildi

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar. Bu münasibətlə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlarlarla görüşüb. Görüşdə təcrübə keçən 30 könüllü iştirak edib. Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.

Bu məqsədilə İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.  Könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. Könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu faəliyyət həm gənclər, həm də Gəncə Şəhər İcra Hakimiyyəti üçün faydalı olub.Gənclərin Gəncə Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə cəıb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. 30 gənc Gəncə Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərində könüllü fəaliyyətinə cəlb olunublar. Gənclər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər. Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə xüsusi sertifikatlar təqdim olunub.

Təhminə Şəmmədova könüllü: “İşə daha nizamla yanaşmaq, vətəndaşların qəbulu, onların müraciətlərinə nə dərəcədə düzgün cavab verilməsi həmçinin, Gəncə şəhər İcra Hakimiyyətinin strukturu və bütün şöbələrdə məsuliyyətli iş rejimi ilə tanış olduq”.

Rəşad İbrahimov könüllü : “İki ay ərzində burada təcrübə qazandım. Dövlətin vətəndaşlara olan münasibəti, vətəndaşların isə dövlətə daha çox hansı problemlərlə və hansı sahələrdə müraciət etməsini dəqiq öyrəndim”.