• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2254
— 04.06.2019 12:55

Bizim 26 yaşımız var!

Şirkət fəaliyyəti dövrünün son 6 ilində gözlə görüləcək məsafə qət etdi.  2009-cu ildə kanalın veb səhifəsinin istifadəyə verilməsiylə tamaşaçı online mühitdə sevimli kanalına qovuşdu. Telekanal uğurlarını artıraraq 2012-ci ildə yeni binaya köçdü. Müasir tələblərə cavab verən bina ilə yanaşı telekanala gənc kadrların cəlb olunması proqramlara yeni nəfəs gətirdi.

Kəpəz televiziyasının izləyiciləri “Bu səhər” verilişi ilə günə başlayır. Proqram, maraqlı videomateriallar və məlumatlarla tamaşaçısının səhərini xoş açmasına kömək edir. Daha sonra isə aparıcı Qəmər Banunun təqdimatında  “Sabahın nəbzi” efirdədir” sədaları izləyicilərinin əhvalını daha da yüksəldir. Regionun xəbər mənzərəsini əks etdirmək işində gündəlik olaraq, yayımlanan “Kəpəz Xəbər” informasiya proqramları tamaşaçıları regionda  baş verən hadisələrdən xəbərdar edir. Kənd təsərrüfatı və iqtisadi sferada baş verənlər “Kapital” verilişində öz əksini tapır. Kanalımız evlərin kiçik izləyicilərini diqqətdən kənar qoymayıb. Bazar günü uşaqların həyəcanla gözlədiyi “Dostlar” verilişi ibtidai sinif şagirdlərini  əyləndirərkən bilgiləndirməyi də bacarır. Duyğulu qəlblərin, nostalji xatirələrin canlandığı tək ünvan isə “Əbədi ədəbiyyat”dir. Sazımız, sözümüz, milli  varlığımız bu veriliş vasitəsilə daha qabarıq şəkildə təqdim olunur. “Zirvə” intellektual bilik yarışı vasitəsilə isə qərb regionunun məktəbliləri öz bilikərini bir daha nümayiş etdirmək imkanı əldə edirlər.

Televiziya və radionun nüfuzunun artması, yayımlanan verilişlərdə peşəkarlığın olmasını nəzərə alsaq, bu sahənin inkişafında Kəpəz Müstəqil Teleradio Şirkətinin cəmiyyətin həyatında önəmli yerlərdən birini tutduğunu bu gün də dərk edə bilərik.